Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Bakıda gecəyarısı evə girən oğru 2 kiloqram ət apardı

Bakıda gecəyarısı evə girən oğru 2 kiloqram ət apardı


2-08-2015, 19:13. Yazar: Xeberaz
Bakıda gecəyarısı evə girən oğru 2 kiloqram ət apardı
Faktla bağlı araşdırmalar aparılır.

Bakıda mənzildən oğurluq edilib.

Xeberaz.az -ın lent.az-a istinadən məlumatına görə, Səbail rayonu Asif Məmmədov küçəsində yaşayan 1941-ci il təvəllüdlü İsmayılov Yaşar Muxtar oğlu bildirib ki, naməlum şəxs və ya şəxslər saat 02-dən 07:45-dək, yəni onun yatmış olduğu vaxt mənzilə soxulub. Mətbəxin açıq qalmış pəncərəsinin setkasını kəsən oğru daha sonra qonaq otağına daxil olub.

Buradan 2 ədəd telefon və 100 manatlıq qab-qacaq oğurlayan naməlum şəxs soyuducudakı 2 kiloqram əti də özü ilə aparıb.

Faktla bağlı araşdırmalar aparılır.
Geri dön