Ana Sayfa > Karusel / İqtisadiyyat / Fotogalereya > Azərbaycan İpoteka Fondu auditor cəlb edib

Azərbaycan İpoteka Fondu auditor cəlb edib


2-08-2015, 13:16. Yazar: Xeberaz
Azərbaycan İpoteka Fondu auditor cəlb edib

Xeberaz.az -ın məlumatına görə, Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu (AİF) informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üçün “Deloitte & Touche” şirkəti ilə müqavilə imzalayıb.

“Deloitte & Touche” MMC konsaltinq və audit sahələrində xidmət göstərən beynəlxalq şirkətdir. “PricewaterhouseCoopers”, “E&Y” və “KPMG” ilə yanaşı, dünyanın ən böyük audit şirkətlərinin dördlüyündə yer alır.

AİF-nun Satınalmalar Komissiyası tərəfindən sayta yerləşdirilmiş elanda bildirilir ki, tərəflər arasında müqavilə iyulun 28-də imzalanıb.

AİF-in informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üçün xidmətlərin alınması ilə bağlı Təkliflər sorğusu başa çatıb və satınalmanın qalibi olaraq “Deloitte & Touche” MMC seçilmiş və tərəflər arasında 28 iyul 2015-ci il tarixli AU/AZİP/150633 saylı satınalma müqaviləsi imzalanıb.
Geri dön