Ana Sayfa > Karusel / Dünya / M2 > Poroşenko Krıma yeni status vermək istəyir

Poroşenko Krıma yeni status vermək istəyir


2-08-2015, 02:02. Yazar: Xeberaz

Poroşenko Krıma yeni status vermək istəyir

Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, Kiyev Krıma Ukraynanın tərkibində milli-ərazi muxtariyyəti statusunun verilməsi ilə bağlı yol xəritəsi işləyib hazırlamağı planlaşdırır.


Xeberaz.az
oxu.az-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının Türkiyədə keçirilən Krım tatarlarının II Ümumdünya konqresinin iştirakçılarına müraciətində deyilir. Müraciət Ukrayna prezidentinin saytında dərc olunub.

“Biz Krıma münasibətdə dövlət siyasətinin həyata keçirilməsi ilə məşğul olan dövlət qurumu yaratmışıq. Planlarımızda krım-tatar xalqının tarixi vətəni olan Krıma Ukrayna dövləti tərkibində milli-ərazi muxtariyyət statusunun verilməsi məsələsi var”, - Poroşenko bəyan edib.
Geri dön