Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində gedən sərnişin qatarında həyəcan- Foto

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində gedən sərnişin qatarında həyəcan- Foto


2-08-2015, 01:56. Yazar: Xeberaz

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində gedən sərnişin qatarında həyəcan- Foto


Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində gedən sərnişi qatarı naməlum səbəbdən dayanıb.


Xeberaz.az
məlumatına görə, bu barədə ans press-ə qatarda olan sərnişinlər xəbər verib.

Onların bildirdiyinə görə, saaat 21:00 da Bakı Dəmir yolu vağzalından çıxan qatar bir müddət sonra Babək prospektində "Bazar store"un yanında dayanıb.

Hazırda aralarında körpə uşaqlarında olduğu sərnişinlər yolda qalıb.

Faktı təsdiq edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bu məsələ ilə bağlı ans press-ə bildirdi ki, qatarın dayanmasına səbəb yüksəkgərginlikli elektrik xəttinin qırılması olub.

"Hazırda hadisə yerində müfaviq iş gedir və bir müddət sonra qatar yoluna davam edəcək", deyə Nadir Əzməmmədov bildirib.


Geri dön