Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > NikitA qrupu “AvtoFM”də - FOTO

NikitA qrupu “AvtoFM”də - FOTO


1-08-2015, 18:43. Yazar: Xeberaz
NikitA qrupu “AvtoFM”də - FOTO
Bu gün.

AvtoFM-in efirində bu şənbə DJ Ülviyyənin qonaqları Yuriy Nikitinin prodüseri olduğu və 2008-ci ildən fəaliyyətə başlayan NikitA qrupudur.

Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, maraqlı və yaddaqalan klipləri, eyni zamanda xoş görkəmləri ilə sevənlərini heyran edən bu üç cazibədar xanım: Daşa Astafyeva, Yuliya Briçkovskaya və Anastasiya Kumeyko, Azərbaycana səfərlərindən məmnun olduqlarını bildiriblər.

İlk mahnısı “Maşına” olan NikitA qrupun solistlərinin fotoları dünyanın bir çox məşhur jurnallarının səhifələrini bəzəyib.

Qeyd edək ki, NikitA qrupu bu axşam saat 20:00-da Mambo Beach Club & Restaurant –da konsert proqramı ilə çıxış edəcək. “Zayçik”, “Frantsuzkiy potseluy”, “Xozyayin”, “Koroleva”, “Ximiya” və digər məşhur hitləri dinləmək şansını qaçırmayın.


Geri dön