Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda iki nəfər bir-birini bıçaqlayıb Ölən var

Bakıda iki nəfər bir-birini bıçaqlayıb Ölən var


1-08-2015, 16:23. Yazar: Xeberaz
Bakıda iki nəfər bir-birini bıçaqlayıb Ölən var
İstintaq gedir.

Bakıda qətl törədilib.

Xeberaz.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 31-dən avqustun 1-ə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.

Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Manafov orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Geri dön