Ana Sayfa > Karusel / Gündəm / Fotogalereya / Araşdırma > Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib

Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib


1-08-2015, 16:19. Yazar: Xeberaz
Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib
“Bandotdel” əməliyyat keçirib.


Xeberaz.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb.

Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədi ilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulublar.

E.Həsənovun evinə baxış zamanı “Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.
Geri dön