Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.


1-08-2015, 13:59. Yazar: Xeberaz
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Xeberaz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci killometrində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri dön