Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Ölümcül xəstəliyə yoluxan dünya ulduzu

Ölümcül xəstəliyə yoluxan dünya ulduzu


1-08-2015, 13:56. Yazar: Xeberaz
Ölümcül xəstəliyə yoluxan dünya ulduzu

Ölümcül Lyme xəstəliyinə tutulan Avril Lavin konsert verməyə hazırlaşarkən, boş vaxtında istirahət edir.

Hovuz kənarında çimərlik geyimində çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşan ulduz sağlam görünüb.
Qatıldığı proqramlardan birində xəstəliyi haqda danışan dünya ulduzu bunları deyib:

"Nəfəs ala, danışa, hərəkət edə bilmirdim. Öləcəyimi fikirləşirdim. Bir neçə dəfə müayinə olunduqdan sonra diaqnoz qoyuldu.”
Qeyd edək ki,"Lyme" xəstəliyinin 800-ə yaxın simptomu olduğu üçün diaqnoz qoyulması çətindir.

Xəstəliyin 350-dən çox xəstəliklə səhv salınması nəticəsində müalicə üsulu səhv seçilə bilər.

Belə ki, "Lyme" xroniki yorğunluq, epilepsiya, Alzeymet, Parkinson, diqqət çatışmazlığı, infarkt və sair simptomları özündə birləşdirir.

Geri dön