Ana Sayfa > Karusel / Siyasət / M2 > Bu ərazilər azərbaycanlılara veriləcək - XƏRİTƏ

Bu ərazilər azərbaycanlılara veriləcək - XƏRİTƏ


1-08-2015, 13:42. Yazar: Xeberaz
Bu ərazilər azərbaycanlılara veriləcək - XƏRİTƏ
Türkiyə ilə ABŞ Suriyanın şimal-qərbindəki Azez-Cerablus arasındakı bölgəni İŞİD-dən təmizləmək məsələsində razılığa gəliblər.

“Əl-Cəzirə”nin yüksək səviyyəli mənbələrinin verdiyi məlumata görə, bunun qarşılığında İncirlik hərbi bazası koalision güclərin üzünə açılacaq. Əsas məsələ İŞİD-dən təmizlənəcək bölgəyə kimin yerləşdirilməsidir.

Femida.az xəbər verir ki, razılaşmaya görə həmin bölgə Suriya müxalifəti ilə türkmanlara veriləcək. Rəsmi Ankara PKK-nın Suriya qolu olan PYD-nin bu bölgəyə təsir etmək imkanlarına imkan verməyəcək.

Üç gün öncə isə MİT rəhbərliyi ilə türkman komandirlərinin Ankarada keçirdikləri görüşdə Türkiyənin 5 minlik türkman ordusu yaratması haqda razılığa gəlinib.

Xatırladaq ki, türkmanlar Suriyada yaşayan Azərbaycan mənşəli tayfadır.
Geri dön