Ana Sayfa > Karusel / Gündəm / M2 > PKK-nın anbarlarından ABŞ silahları çıxdı

PKK-nın anbarlarından ABŞ silahları çıxdı


31-07-2015, 23:31. Yazar: Xeberaz
PKK-nın anbarlarından ABŞ silahları çıxdı
PKK-nın anbarlarından ABŞ silahları çıxdı
Türk ordusunun 24 iyuldan bu yana PKK-ya qarşı keçirdiyi hava əməliyyatları zamanı terror təşkilatının beş gizli silah anbarı vurulub.

BakuNews Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, anbarlarda ABŞ-ın Kobanidəki (Suriyanın vilayəti) qarşıdurmalar zamanı İŞİD-lə vuruşmaq üçün PYD-yə verdiyi 24 tonluq silah-sursat olub. Lakin daha sonra PKK həmin silahların bir qismini PYD-dən alıb və gələcəkdə istifadə etmək üçün Şimali İraqdakı gizli anbarlarına yerləşdirib. Anti-terror əməliyyatlarının başladığı günlərdə isə təşkilatın bəzi rəhbərləri Türkiyənin anbarların yerini bilmədiyini düşünərək burada gizlənib. Lakin anbarların bombalanması zamanı silahlar məhv edilib və həmin şəxslər də öldürülüb.

Geri dön