Ana Sayfa > Karusel / M2 / Texnologiya > Apple Watch daha iki ölkədə satışa çıxarıldı

Apple Watch daha iki ölkədə satışa çıxarıldı


31-07-2015, 22:59. Yazar: Xeberaz
Apple Watch daha iki ölkədə satışa çıxarıldı

Bu gün Apple-ın yeni ağıllı saatı Türkiyə və Rusiyada satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, Türkiyədə bu telefonlar bu gün səhər saat 07:01-də satışa çıxarılıb.

Türkiyə mətbuatı yazır ki, bu saatı Apple-ın onlayn satış mağazalarından, eləcə də, İstanbulda yerləşən iki Apple mağazasından əldə etmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, Apple Watch ilk dəfə olaraq 9 ölkədə birdən bazara təqdim olunmuşdu, yaz aylarında isə siyahıya yeni ölkələr əlavə edilmişdi. Apple-ın açıqladığı son hesabata görə isə, şirkət ümumilikdə 2,5 ilə 3 milyon arasında Apple Watch satıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya mətbuatı da yeni ağıllı saatın iyulun 31-də satışa çıxarılacağını yazmışdı.

Onu da əlavə edək ki, Alma Store-dən (Apple-ın Azərbaycandakı rəsmi tərəfdaşı) Oxu.Az-a bildirmişdilər ki, bu saatın Azərbaycan bazarına nə vaxt daxil olacağı ilə bağlı məlumatlı deyillər.

Xatırladaq ki, Bakının məşhur telefon mağazalarında hələ də “Apple” saatlarının köhnə modelləri satılır.
Geri dön