Ana Sayfa > Karusel / Siyasət / M2 > Ermənilər Ermənistanı tərk etməyə davam edirlər

Ermənilər Ermənistanı tərk etməyə davam edirlər


31-07-2015, 22:54. Yazar: Xeberaz
Ermənilər Ermənistanı tərk etməyə davam edirlər
Əhalinin azalması mühacirətin mənfi saldosu ilə əlaqədardır.

Ermənistanın daimi əhalisi 2014-cü il ilə müqayisədə azalıb.

Xeberaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə iyulun 31-də Ermənistanın Milli Statistika Xidmətinin demoqrafiya şöbəsinin rəisi Karine Kuyumcyan bildirib.

O, əhalinin azalmasının mühacirətin mənfi saldosu ilə əlaqədar olduğunu əlavə edib.

Rəsmi statistikaya görə, 2015-ci ilin iyulun 1-nə olan məlumata əsasən, əhali 3 milyon 5500 nəfərdən ibarət olub, bura 1 il müddətində respublikadan xaricdə olanlar da daxil edilib.

2014-cü ilin iyul ayının 1-də qeydiyyatdan keçirilən 3 milyon 9800 rezidentlərlə müqayisədə əhalinin sayı 4300 nəfər azalıb.
Geri dön