Ana Sayfa > Karusel / Hadisə / M2 > 11 nəfərin olduğu maşın körpüdən aşdı - 3 ölü YENİLƏNİB Dəhşətli - FOTOLAR

11 nəfərin olduğu maşın körpüdən aşdı - 3 ölü YENİLƏNİB Dəhşətli - FOTOLAR


31-07-2015, 18:43. Yazar: Xeberaz
11 nəfərin olduğu maşın körpüdən aşdı - 3 ölü YENİLƏNİB Dəhşətli - FOTOLAR
APA-nın məlumatına görə, avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

Samuxda dəhşətli qəza baş verib.
Xeberaz.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

"VAZ 2106" markalı avtomobilin sürücüsü yolötürücünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

Samux rayon Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.




Geri dön