Ana Sayfa > Karusel / Siyasət / M2 > PKK: “Atəşkəs istəyirik” - Türkiyə: “Ölkəmizdən rədd olun”

PKK: “Atəşkəs istəyirik” - Türkiyə: “Ölkəmizdən rədd olun”


31-07-2015, 15:43. Yazar: Xeberaz
PKK: “Atəşkəs istəyirik” - Türkiyə: “Ölkəmizdən rədd olun”
Son günlər Türkiyədə polis əməkdaşlarının, yüksək rütbəli hərbçilərin ölümü ilə nəticələnən terror aktları həyata keçirən PKK terror qruplaşması dərin təlaş içərisindədir.
Türk ordusunun İŞİD-ə və PKK-ya qarşı başlatdığı hava bombardmanları nəticəsində xeyli itki verən terrorçular, “başlarını soxmağa” yer tapmırlar. Bunun üçün də tülkü kimi gizlənməyə dəlik-deşik axtaran silahlılar “sülh danışıqları”, “Kürd Açılımı” kimi bəhanələrlə yenidən atəşkəs istədiklərini bildiriblər.

Məlum məsələdir ki, terrorçuların atəşkəs istəyi zaman qazanmağa, daha ağır itgilərdən sığortalanmağa və yenidən güc toplamağa hesablanmış bir siyasətdir.

AzNews.az xəbər verir ki, PKK rəhbərliyi niyyətlərinə çatmaq üçün, İraqın kürd bölgəsinin lideri Məsud Bərznanidən, Türkiyə ilə aralarında vasitəçi olmasını istəyiblər.

Təşkilat həmçinin Türkiyədəki siyasi qolu olan HDP-ni, dövləti İmralıdakı “əli qanlı” liderləri ilə danışıqlara oturmağa məcbur etmək üçün sıxışdırır.

Təsadüfi deyil ki, hər zaman hökumətə qarşı sərt çıxışları ilə seçilən HDP sədri Səlahəddin Dəmirdaş son olaraq, “Bu silahları təkrar bir daha susduraq. Hərkəs biraz daha diqqətli olmalıdır. sülh dilindən istifadə edək” açıqlamasını verib.

Lakin rəsmi Ankara geri addım atmaq, “timsahın göz yaşları”na inanmaq fikrində deyil. Hökumət sülh danışıqlarına getmək, atəşkəsi yenidən bərpa etmək üçün PKK-nın tamamən Türkiyədən çıxmasını şərt qoyur. Əks təqdirdə Türkiyə ərazisindən son PKK terrorçusu çıxarılana qədər Türk ordusu dayanmayacaq.
Geri dön