Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV / Gənclərimiz > Bu günün qəhrəmanı: Himnimiz onu belə ağlatdı - VİDEO

Bu günün qəhrəmanı: Himnimiz onu belə ağlatdı - VİDEO


23-03-2015, 21:59. Yazar: Xeberaz
Bu günün qəhrəmanı: Himnimiz onu belə ağlatdı - VİDEO

İstanbulda karateçilərin 50-ci Avropa çempionatının keçirilməsi və yarışda milli komandamızın mükafatlar qazanması barədə xəbər vermişdik.

75 kq-dək çəki dərəcəsində Rafael Ağayev Avropa çempionatının qalibi adını qazanıb.
O, finalda öz çəkisində ən güclülərdən sayılan almaniyalı Noah Biç üzərində qələbə qazanaraq "Dünya karatesinin brilyantı" olduğunu bir daha sübut edib.

Qeyd edək ki, R.Ağayev zədə səbəbindən 1 il müddətində rəsmi yarışlardan kənar qalmışdı.

Yarışda iştirak edən digər idmançımız Ayxan Mamıyev (84 kq) isə finalda italiyalı Nello Maestriyə minimal xal fərqi ilə məğlub olaraq çempionatın gümüş mükafatçısı olub.

"Dünya karatesinin brilyantı" Azərbaycanın himni səslənən zaman sevinc göz yaşlarını saxlaya bilməyib.

Xeberaz.az xeberle.com-a istinadən həmin anların görüntüsünü təqdim edir:


Geri dön