Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda faciəvi olay: özünü avtomobildə öldürdü

Bakıda faciəvi olay: özünü avtomobildə öldürdü


31-07-2015, 15:26. Yazar: Xeberaz
Bakıda faciəvi olay: özünü avtomobildə öldürdü
Zahir Baxışov intihar etməzdən əvvəl məktub yazıb

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1951-ci il təvəllüdlü Baxışov Zahir Abduləzim oğlu Nərimanov rayonu Təbriz küçəsində Zil markalı yük avtomobilində özünü asıb. 64 yaşlı kişinin asılı vəziyyətdəqalmış meyiti avtomobilin yük yerindən tapılıb.

İlkin araşdırmalar zamanı intihar etmiş şəxsin cibindən məktub tapılıb. Məktubunda Z.Baxışov intihar etməsinə görə heç kimin günahkar olmadığını, həyatdan bezdiyini qeyd edib.

Faktla bağlı cinayətişi açılıb, araşdırma aparılır.
Geri dön