Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Eminin keçirdiyi partidən - Fotolar

Eminin keçirdiyi partidən - Fotolar


31-07-2015, 10:54. Yazar: Xeberaz
Eminin keçirdiyi partidən - Fotolar

Rusiyada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarova məxsus olan “Shore House” adlı restoran və yaxt-klubun yaranmasından 10 il ötüb.

Hafta.az-ın məlumatına görə, bunla bağlı Ağalarovlar ailəsi təmtəraqlı yubiley gecəsi təşkil edib.

Mərasimə qatılanlar arasında Nikolay Baskov, Yevgeniy Malkin, Olqa Kabo, Yuliya Saviçeva, Aleksey Qarber və başqaları yer alıb.

Tədbirin aparıcısı Aleksandr Revva olub.

Parti hovuz kənarında başlayıb. Gecə isə Emin və Loboda qonaqlar üçün sevilən mahnılarını səsləndirib.

“Crocus Group”un vitse-prezidenti Emin ikinci belə bir möhtəşəm restoran olmadığını bildirib:

“Bir dəfə Arkadi Novikovla görüşüb, yeni layihə haqqında danışmaq istəyirdik. Həmin ərəfədə “Shore House” açılışına da hazırlaşırdıq. Məkan yandı. Həmin vaxt biz içəridə idik. 45 gün içində biz məkanı yenidən düzəltdik. O vaxtdan 10 il keçib və bura ən möhtəşəm restorana çevrilib”.




Geri dön