Ana Sayfa > Karusel / İdman / M2 > “Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır

“Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır


31-07-2015, 00:18. Yazar: Kenan
“Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” UEFA Avropa Liqası III tur ilk matçında Kipr klubu “Apollon”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz ilk oyununu səfərdə keçirib.

Matçda hesabı ev sahibləri açıb. Ancaq oyunboyu təmsilçimizin üstünlüyü hiss olurdu. İlk hissədə ir neçə epizodda qeyri-dəqiqlik hesabı bərabərləşdirməyə mane olub.

"Qəbələ" ikinci hissəyə də aktiv başlayıb. Ancaq hücumlar son dəqiqədə bəhrə verib. Cərimə meydançası daxilində Stankoviçə qarşı kobudluğa görə təyin olunmuş penaltini soyuqqanlılıqla yerinə yetirən Cavid Hüseynov komandasına ümid verən qola imza atıb.

Oyun bu hesabla da bitib.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun


"Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan) - 1:1
Qol: Kolokoudias, 14 - Cavid Hüseynov, 90+4 (pen.)
Geri dön