Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Azərbaycanın xalq artisti dünyasını dəyişdi

Azərbaycanın xalq artisti dünyasını dəyişdi


30-07-2015, 19:48. Yazar: Xeberaz
Azərbaycanın xalq artisti dünyasını dəyişdi
Naxçıvan Teatrının səhnəsində əsas qadın obrazlarını ifa edib.

Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynova 89 yaşında dünyasını dəyişib.

Xeberaz.az xəbər verir ki, bu barədə report.az-a aktrisanın oğlu xalq artisti Rəfael Dadaşov məlumat verib.

R.Dadaşov hazırda Naxçıvana getmək üçün yola çıxdığını bildirib.

Xatırladaq ki, Sofiya Hüseynova 1926-cı ildə Bakıda doğulub. Atası Həsən hərbçi olub və göndərişlə Naxçıvana işləməyə gəlib. Anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. Sofiya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Hələ məktəbliykən uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb.

Naxçıvan Teatrının səhnəsində əsas qadın obrazlarını ifa edib. İki oğlu xalq artistidir.

Allah rəhmət eləsin!
Geri dön