Ana Sayfa > Karusel / Hadisə / M2 > Zaqatalada “avtoritet”i güllələyən şəxs həbs olundu

Zaqatalada “avtoritet”i güllələyən şəxs həbs olundu


30-07-2015, 19:33. Yazar: Xeberaz
Zaqatalada “avtoritet”i güllələyən şəxs həbs olundu
Kərimov avtomatdan istifadə edib.

Azərbaycan Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Xeberaz.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

KİV-də yayılan məlumata görə, hadisə zamanı yaralanan A.Həzrəyev və hadisəni törədən S.Kərimov kriminal aləmlə əlaqələri olan şəxslərdir.
Geri dön