Ana Sayfa > Karusel / Səhiyyə / Foto-fakt / Araşdırma > Bakıda 24 yaşlı qadın üçəm dünyaya gətirdi

Bakıda 24 yaşlı qadın üçəm dünyaya gətirdi


30-07-2015, 16:37. Yazar: Xeberaz
Bakıda 24 yaşlı qadın üçəm dünyaya gətirdi

Respublika Perinatal Mərkəzində üçəm doğulub

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Baxşəliyeva Elnarə Elman qızı iyulun 29-da Bakıda üçəm (1 qız və 2 oğlan) dünyaya gətirib.

Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların ikisinin çəkisi 2,4, birininki isə çəkisi 2,5 kiloqramdır.

Həkimlər körpələrin vəziyyətinin normal olduğu bildirib.

Geri dön