Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim > Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı


30-07-2015, 14:20. Yazar: Xeberaz
Bakıda mənzildə meyit aşkarlandı
FHN məlumat yaydı.

Bakıda mənzildən meyit tapılıb.

Xeberaz.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1938-ci il təvəllüdlü Nikita Svetlana Stepanovna bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin meyitini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.
Geri dön