Ana Sayfa > Karusel / İdman / M2 > Erməni zabiti bir zərbəyə diz çökdü.

Erməni zabiti bir zərbəyə diz çökdü.


29-07-2015, 16:19. Yazar: Fehrad
Erməni zabiti bir zərbəyə diz çökdü.



“Qələbəmi şəhid olan əsgər qardaşlarıma həsr edirəm”

25-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

Xeberaz.az atv.az-a istinadən xəbər verir ki, 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala çıxıb.

Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb.

Açıqlamasında Babək bildirib: "Bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm".

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir
Geri dön