Ana Sayfa > Karusel / Hadisə / M2 > Türkiyədə daha bir hərbçi terrorçuların silahlı hücumuna məruz qaldı

Türkiyədə daha bir hərbçi terrorçuların silahlı hücumuna məruz qaldı


29-07-2015, 13:46. Yazar: Xeberaz
Türkiyədə daha bir hərbçi terrorçuların silahlı hücumuna məruz qaldı
Türkiyədə daha bir hərbi qulluqçu terrorçuların silahlı hücumuna məruz qalıb.
APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, baş çavuş Nazim Altın işə gedərkən güllələnib.

Hadisə Ərzurum vilayətinin Xorasan mahalında baş verib. “Üçyol” deyilən ərazidə avtomobili xarab olan hərbi qulluqçu maşından düşən kimi başqa bir avtomobildən ona atəş açılıb.

Yaralanan hərbçi Xorasan Dövlət Xəstəxanasına çatdırılıb.

Ərazidə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başlayıb.

Xatırladaq ki, dünən də bir türk hərbçi terrorçuların silahlı hücumuna məruz qalıb. Başından ağır yara alan hərbçi xəstəxanada dünyasını dəyişib.
Geri dön