Ana Sayfa > Karusel / Hadisə / M2 > Sumqayıtda 5 litrlik qaz balonunda partlayış baş verib. - Yaralı var

Sumqayıtda 5 litrlik qaz balonunda partlayış baş verib. - Yaralı var


29-07-2015, 02:50. Yazar: Xeberaz
Sumqayıtda 5 litrlik qaz balonunda partlayış baş verib. - Yaralı var

Sumqayıtda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş verib.


Xeberaz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön