Ana Sayfa > Karusel / Siyasət / Dünya / M2 > Etirazçılarla polis arasında toqquşma - Ermənistan qarışdı

Etirazçılarla polis arasında toqquşma - Ermənistan qarışdı


29-07-2015, 01:36. Yazar: Xeberaz
Etirazçılarla polis arasında toqquşma - Ermənistan qarışdı
İrəvanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar aksiyanı Amiryan və Koxbatsu küçələrinin kəsişməsində davam etdiriblər.

Polis etirazçıları güc tətbiq edərək qarşılarını alıb və səkiyə tərəf sıxışdırıb.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Geri dön