Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Məleykə Əsədova: “Mən şarmlı qadınam”

Məleykə Əsədova: “Mən şarmlı qadınam”


29-07-2015, 01:00. Yazar: Xeberaz
Məleykə Əsədova: “Mən şarmlı qadınam”
“Burnumdan başqa heç bir yerimdə əməliyyat etdirməmişəm”. Bu sözləri xalq artisti Məleykə Əsədova söyləyib. O, bildirib ki, bu günə qədər yalnız bir əməliyyat keçirib: “Gözəllik qalıcı deyil. Gəlin vicdanımızı gözəl saxlayaq. Göz ürəyin aynasıdır. İnsan gərək daxili dünyasını təmiz saxlasın ki, o təmizlik üzünə vursun. Yalnız burnumu əməliyyat etdirmişəm. Bunu da heç zaman gizlətməmişəm. Gələcəkdə lazım olacaqsa, etdirəcəm. Burada heç bir eyib iş yoxdur. İndi adi insanlar hər cür əməliyyat etdirir. Mən sənətdə olan insanam, sənət gözəlliyi sevir. Dünyaya gələndən üzümün dərisi belədir. Niyə qısqanırlar? Ümumiyyətlə insan şarmlı olmalıdır. Mən şarmlı qadınam”.


Geri dön