Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Vannaya tökdüyü yuyucu toz bomba kimi partladı - FOTOLAR

Vannaya tökdüyü yuyucu toz bomba kimi partladı - FOTOLAR


28-07-2015, 12:33. Yazar: Xeberaz
Vannaya tökdüyü yuyucu toz bomba kimi partladı - FOTOLAR
Türkiyədə Səlahəddin Dinləməzin vanna otağını təmizləmək üçün aldığı toz məhsulu fayda verməyib.

Çarəni maye sinkdə görən Dinlemez ondan istifadə edib. Bu zaman vanna otağında duman meydana gəlib. Sink kənarda dayanan Gülseren Dinlemezin bədəninə sıçrayıb.
Gülseren Dinlemezin kimyəvi maddələrdən bədənində yanıqlar meydana gələrkən, döşəmədə də dəliklər yaranıb. Yaşanan hadisənin ardından bir ay xəstəxanada yatan Gülseren Dinlemezin ayağından alınan toxuma parçaları əməliyyatla yanan bölgələrinə tikilib.

Zərər çəkənlər bildirib ki,”Təsirli olmazsa mayeni tökün dedilər və o qaydada etdik. O mayeni tökdükdən sonra həyatımızın ən acı dövrünü yaşadıq. Gözümə düşməməsi bir möcüzədir, buna şükr edirəm. Qısa qollu bir paltar geyinə bilmirəm. Görənlər nə oldu deyə soruşur, bu da mənə çox pis təsir edir."



Geri dön