Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Yardımlı sakini Firuz Rzayev qısqanclıq zəminində bacısının nişanlısı öldürdü

Yardımlı sakini Firuz Rzayev qısqanclıq zəminində bacısının nişanlısı öldürdü


28-07-2015, 10:43. Yazar: Xeberaz
Yardımlı sakini Firuz Rzayev qısqanclıq zəminində bacısının nişanlısı öldürdü

Yardımlıda qətl hadisəsi baş verib.

Hadisə iyulun 27-də saat 22.00 radələrində rayonun ucqar Perimbel kəndi ərazisində qeydə alınıb. Kənd sakini Firuz Mirziyad oğlu Rzayev qısqanclıq zəminində bacısının nişanlısı olmuş həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Mirqiyas oğlu Xurşudovu ov tüfəngi ilə ürək nahiyəsindən iki dəfə atəş açmaqla güllələyərək qətlə yetirib.

Hadisəni törətmiş F.Rzayev rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq həbs olunub.

Faktla bağlı araşdırmalara başlanıb.

Qubalı öz həmkəndlisini güllələdi
Geri dön