Ana Sayfa > Karusel / Siyasət / M2 > Kürd lider: “Suriya ordusu ilə birləşirik”

Kürd lider: “Suriya ordusu ilə birləşirik”


27-07-2015, 14:12. Yazar: Xeberaz
Kürd lider: “Suriya ordusu ilə birləşirik”
Demokratik Birlik Partiyasının (PYD) həmsədri Saleh Müslim Suriya ordusunun Rojavaya dönüşünə icazə veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, belə olacağı təqdirdə YPG qüvvələri Suriya ordusu ilə birləşəcək.

Axar.az xəbər verir ki, Londonda yayımlanan “Əl-Həyat” qəzetinə danışan Müslim Suriya ordusunun dönüşü üçün detalların müzakirə edilmədiyini bildirib:

“Suriya ordusunun Rojavaya dönüşünə icazə verəcəyik. Bu vəziyyətdə YPG də ordunun bir hissəsi olacaq. Ancaq ordunun dönüşü üçün yeni bir anlaşma və yeni şərtlərin müəyyən edilməsinə ehtiyac var”.

Kürdlərin əsas dəstəkçisinin Avropada yaşayan həmyerliləri olduğunu deyən PYD lideri gəlir yerlərini də açıqlayıb:

“Cənubi Kürdistandaki xalqımız bizə kömək edir. Şimaldakı xalqımız da insani problemlər nöqtəsində bizə dəstək verir. Federal Kürdüstandan həm maliyyə yardımları, həm də silah gəlir. Avropada yaşayan 2 milyondan artıq kürd bizim müdafiə olunmağımızda əsas yardımçıdır. Şübhəsiz ki, yardım təşkilatlarının da köməyi az olmayıb”.

Geri dön