Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda psixoloqun evindən - 170 min dollar oğurlandı

Bakıda psixoloqun evindən - 170 min dollar oğurlandı


27-07-2015, 12:56. Yazar: Xeberaz
Bakıda psixoloqun evindən - 170 min dollar oğurlandı
Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Xeberaz.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.
Geri dön