Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Ermənilərlə kürdlər bir-birini qırdı - 1 ölü, 2 yaralı

Ermənilərlə kürdlər bir-birini qırdı - 1 ölü, 2 yaralı


27-07-2015, 12:15. Yazar: Xeberaz
Ermənilərlə kürdlər bir-birini qırdı - 1 ölü, 2 yaralı
Rusiyanın Ulyanovsk vilayətinin Novospask rayonunda erməni və kürd icmaları arasında milli zəmində toqquşma baş verib.

Xeberaz.az Modern.az-a istinadən xəbər verir ki, Novospask rayonun Repyevka kəndində baş verən kütləvi dava zamanı 46 yaşlı erməni öldürülüb, daha 2 erməni isə ağır güllə yarası alıb. Odlu silahdan istifadə olunan insident zamanı yaralanan ermənilərin doğma qardaş olduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdikləri məlum olub.

Ulyanovsk vilayətinə kütləvi məskunlaşan erməni və kürd icmaları arasında biznes sferasında rəqabətin olduğu və toqquşmanın da bundan qaynaqlandığı deyilir.


Geri dön