Ana Sayfa > Karusel / İdman / M2 > DÇ-2018: Seçmə mərhələ oyunlarının püşkü atıldı və tarixləri məlum oldu
DÇ-2018: Seçmə mərhələ oyunlarının püşkü atıldı və tarixləri məlum oldu26-07-2015, 12:03. Yazar: Xeberaz |
Tədbir mundiala ev sahibliyi edəcək ölkədə - Rusiyada təşkil olunub. Sankt-Peterburqun Konstantinovski sarayında baş tutan mərasimdə 5 konfederasiya üzrə püşk atıb. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edib. Azərbaycan millisinin də seçmə mərhələdəski rəqiblərinə aydınlıq gətirn püşk 52 yığmanı 9 qrupa bölüb. Bunların 7-də 6, 2-də 5 komanda olub. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsində oynamaq şansını itirəcək. Avropa zonasında qrupların tərkibi: A qrupu Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq B qrupu Portuqaliya, İsveçrə, Macarıstan, Farer Adaları, Latvia, Andorra C qrupu Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, AZƏRBAYCAN, San Marino D qrupu Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan E qrupu Rumınya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan F qrupu İngiltərə, Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta G qrupu İspaniya, İtaliya, Albaniya, İsrael, Makedoniya, Lixteynşteyn H qrupu Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Estoniya, Kipr İ qrupu Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya Qeyd edək ki, artıq Avropa zonasının seçmə mərhələ matçlarının tarixləri bəllidir. 1-ci tur: 4-6 sentyabr, 2016 2-ci tur: 6-8 oktyabr, 2016 3-cü tur: 9-11 oktyabr, 2016 4-cü tur: 11-13 noyabr, 2016 5-ci tur: 24-26 mart, 2017 6-cı tur: 9-11 iyun, 2017 7-ci tur: 31 avqust-2 sentyabr, 2017 8-ci tur: 3-5 sentyabr, 2017 9-cu tur: 5-7 oktyabr, 2017 10-cu tur: 8-10 oktyabr, 2017 Pley-off oyunları İlk oyunlar: 9-11 noyabr, 2017 Cavab oyunları: 12-14 noyabr, 2017 Geri dön |