Ana Sayfa > Karusel / Dünya / M2 / Foto-fakt > Türk qırıcıları 400 hədəfi yerlə bir etdi

Türk qırıcıları 400 hədəfi yerlə bir etdi


26-07-2015, 10:47. Yazar: Xeberaz
Türk qırıcıları 400 hədəfi yerlə bir etdi
F-16-larla yanaşı "Cəhənnəm topu" adlanan Fırtına haubitsaları da hədəfi darmadağın edib.
Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularına qarşı əməliyyatlardan 24 saat keçməmiş Şimali İraqda PKK terrorçularının mövqelərini və terrorçuların liderlərinin toplaşdığı Kandili bombardman edib.

ANS PRESS-in məlumatına görə, Suriyadakı İŞİD terrorçularına qarşı aparılan hərbi məliyyatlarıdan fərqli olaraq bu dəfə Türkiyə qırıcıları sərhədləri aşaraq İraqa keçib.

Pilotsuz uçan aparatlar isə əməliyyatlarla bağlı son məlumatları saniyə-saniyə mərkəzə - Ankara ötürüb.

Gecə saatlarında havadan hücumlara qurudan da dəstək verilib. "Cəhənnəm topu" adı ilə tanınan Fırtına haubitsaları ilə PKK terrorçularının sığınacaqları bombardman edilib.

Həmçinin oxuyun: Türk ordusundan son 10 ilin ən böyük əməliyyatı


Əməliyyatlar səhər saatlarına qədər davam edib

Bu gecə həmçinin Fırtına haubitsaları ilə İŞİD terrorçularının 3 məkanı vurulub. Hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac olacaqsa, davam etdiriləcək.

Qeyd edək ki, PKK-nın Şimali İraqda yerləşən düşərgələrindən silahlı dəstələr qrup halında Türkiyəyə giriblər. Suriya sərhədindən isə İŞİD terrorçuları eyni şəkildə Türkiyəyə daxil olublar.

Hərbi mənbələrdən "Milliyet"ə verilən məlumata görə, Türkiyə ordusunun başladacağı yeni hərbi əməliyyat son 10 ilin ən böyük əməliyyatı olacaq. Bildirilir ki, F-16 qırıcılarına "Vur" əmri verilib və yeni əməliyyatlarda quru qoşunlarından da istifadə ediləcək.


Fırtına haubitsaları da F-16-lara dəstək verib
Geri dön