Ana Sayfa > Karusel / M2 / Ekskluziv > Dünyanın ən zəngin insanı kimdir?

Dünyanın ən zəngin insanı kimdir?


25-07-2015, 20:03. Yazar: Xeberaz
Dünyanın ən zəngin insanı kimdir?
Bloomberg nəşrinin versiyasına görə, Facebook sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zukerberq dünyanın ən zəngin insanlarının reytinqində IKEA mebel mağazaları şəbəkəsinin yaradıcısı İnqvar Kampradı ötüb. İyulun 23-nə olan vəziyyətə görə, amerikalı iş adamının varidatı 42,5 milyard dollar məbləğində qiymətləndirilib.

Xeberaz.az Milli.Az-a istinadən bildirir ki, son ildə Mark Zukerberqin varidatı 8,6 milyard dollar yüksəlib. Eyni zamanda 89 yaşlı İnqvar Kamprad təxminən 2,8 milyard dollar məbləğində kasıblaşıb. Nəticədə sosial şəbəkənin yaradıcısı Bloomberg nəşrinin tərtib etdiyi reytinqdə İsveçin ən zəngin insanını ötərək 9-cu pilləyə yüksəlib.

Mark Zukerberqın varidatı 7-ci pillədə qərarlaşmış Amazon internet şirkətinin baş direktoru Ceff Bezosdan təxminən 1 milyard dollar azdır.

Uorren Baffettin varidatı nəşr tərəfindən 67 milyard dollar məbləğində qiymətləndirilib. 84,6 milyard dollar varidata malik Microsoft-un yaradıcısı Bill Qeyts reytinqə liderlik edir.
Geri dön