Ana Sayfa > Karusel / Hadisə / M2 > Qayınata gəlinini güllələyib

Qayınata gəlinini güllələyib


25-07-2015, 13:41. Yazar: Xeberaz
Qayınata gəlinini güllələyib

Bu gün Qusar rayonunda qətl hadisəsi baş verib.

Xeberaz.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qusar rayonu, Avaran kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə bir dəfə atəş açaraq öldürüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Geri dön