Ana Sayfa > Karusel / Gündəm / Dünya / İdman > "Neftçi”nin Avroliqada potensial rəqibləri bəlli oldu
"Neftçi”nin Avroliqada potensial rəqibləri bəlli oldu2-08-2019, 12:45. Yazar: Xeberaz |
“Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub. "Xeberaz.Az" xəbər verir ki, “ağ-qaralar”ın turnirin 3-cü təsnifat mərhələsində “Bney Yehuda” (İsrail) səddini keçəcəyi halda, qarşılaşa biləcəyi rəqiblər bilinib. Bakı təmsilçisinin qarşılaşa biləcəyi komandalar arasında PSV, “Trabzonspor”, “Feyenoord”, “Vulverhempton”, “Ayntraxt” kimi klublar var: Hoqesun (Norveç) – PSV (Hollandiya) Sparta (Çexiya) – Trabzonspor (Türkiyə) Antverpen (Belçika) – Viktoriya (Çexiya) Brondbü (Danimarka) – Braqa (Portuqaliya) AEK (Kipr) – Gent (Belçika) Legiya (Polşa) – Atromitos (Yunanıstan) Vaduts (Lixtenşteyn) – Ayntraxt (Frankfurt, Almaniya) Styaua (Rumıniya) – Mlada Boleslav (Çexiya) Feyenoord (Hollandiya) – Dinamo (Gürcüstan) Lütsern (İsveçrə) – Espanyol (İspaniya) Malmö (İsveç) – Zrinski (Bosniya və Herseqovina) Partizan (Serbiya) – Yeni Malatyaspor (Türkiyə) Pünik (Ermənistan) – Vulverhempton (İngiltərə) Pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-də, İsveçrənin Nyon şəhərində keçiriləcək. “Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Bney Yehuda” ilə ilk oyununu öz meydanında, avqustun 8-də, cavab matçını isə bir həftə sonra Təl-Əvivdə keçirəcək. Geri dön |