Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Azərbaycanda toy karvanında AĞIR QƏZA - 2-si qadın olmaqla, 6 nəfər... (FOTO)

Azərbaycanda toy karvanında AĞIR QƏZA - 2-si qadın olmaqla, 6 nəfər... (FOTO)


1-08-2019, 16:07. Yazar: Xeberaz
Azərbaycanda toy karvanında AĞIR QƏZA -2-si qadın olmaqla, 6 nəfər... (FOTO)
Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Xeberaz.Az"  xəbər verir ki, hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. 
Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının önündə gedən "Niva" markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ-2107" markalı avtomobil çırpılıb. Nəticədə, 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).
Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


  • Azərbaycanda toy karvanında AĞIR QƏZA -2-si qadın olmaqla, 6 nəfər... (FOTO)


Geri dön