Ana Sayfa > Karusel / Gündəm / Dünya / İdman > “Qarabağ” – “Dandalk” matçının biletləri satışda

“Qarabağ” – “Dandalk” matçının biletləri satışda


25-07-2019, 14:29. Yazar: Xeberaz
“Qarabağ” – “Dandalk” matçının biletləri satışda

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 31-də İrlandiyanın “Dandalk” klubunu qəbul edəcək.
"Xeberaz.Az" klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, cavab oyununun biletləri artıq satışdadır. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
  • Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
  • Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
  • Park Bulbar AVM (iticket satış məntəqəsi)
  • ASAN 2, 3 (Yasamal, Amay t/m)
  • İticket.az (onlayn)
“Qarabağ” – “Dandalk” matçı iyulun 31-də, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək. Komandalar arasındakı ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Geri dön