Ana Sayfa > Karusel / Gündəm / İdman / M2 > Bakı-2019: Azərbaycan birincidir

Bakı-2019: Azərbaycan birincidir


24-07-2019, 03:30. Yazar: Xeberaz
Bakı-2019:Azərbaycan birincidir
Avropa Gənclər Yay Olimpiya Festivalının 3-cü günü başa çatıb.
"Xeberaz.Az" xəbər verir ki, Azərbaycan millisi günü 6 medalla başa vurub.
Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 1 bürünc əldə ediblər. Bununla da komandamızın hesabındakı medal sayı 16-ya çatıb. Bunun yarısı qızıldır. İdmançılarımız 5 gümüş və 3 bürünc də əldə ediblər.
Azərbaycan medal siyahısında 1-ci yeri qoruyub. Rusiya 2-ci pilləyə yüksəlib. 3-cü sırada isə Belarus qərarlaşıb.
Ümumilikdə, üç gün ərzində 40 dəst medal sahibini tapıb. Bu mükafatları 27 ölkə təmsilçiləri qazanıb. Onlardan 15-i çempionluq sevinci yaşayıb.
Geri dön