Ana Sayfa > Karusel / Gündəm / Dünya / İdman / M2 > Avropa Liqasında 46 matç keçiriləcək

Avropa Liqasında 46 matç keçiriləcək


23-07-2019, 04:09. Yazar: Xeberaz
Avropa Liqasında 46 matç keçiriləcək

Bu gün Avropa Liqasında II təsnifat mərhələsi start götürəcək.
"Xeberaz.Az" xəbər verir ki, üç gün ərzində 46 qarşılaşma keçiriləcək. 
Bu oyunlardan 37-si Əsas yol çərçivəsində baş tutacaq. Digər 9 cütdə isə Çempionlar Liqası ilə vidalaşan komandalar üz-üzə gələcəklər. 
Azərbaycanın iki komandası da meydana çıxacaq. “Neftçi” səfərdə Rusiya “Arsenal”ı, “Qəbələ” evdə Gürcüstan “Dinamo”su ilə görüşəcək.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları avqustun 1-də baş tutacaq. 
Geri dön