Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > İranda qum qasırğası 13 kəndin yolunu bağladı

İranda qum qasırğası 13 kəndin yolunu bağladı


21-07-2019, 20:16. Yazar: Xeberaz
İranda qum qasırğası 13 kəndin yolunu bağladı
İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib.
"Xeberaz.Az" xəbər verir ki, bunu İranın Kirman vilayətinin Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.
Ə.Baqirinin sözlərinə görə, qum qasırğası 17 nəfərin tibb məntəqələrinə müraciət etməsi ilə nəticələnib.
Qubernator əlavə edib ki, rayonun 130 kəndi qum qasırğası ilə üzləşib.
Ə.Baqiri tozun normadan 22 dəfə çox olduğunu deyib.
Geri dön