Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Metrodan istifadə edənlərin sayı azalıb

Metrodan istifadə edənlərin sayı azalıb


19-07-2019, 19:29. Yazar: Xeberaz
Metrodan istifadə edənlərin sayı azalıb

Bu ilin birinci yarısında Bakı metropolitenin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 116,6 mln. nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azdır.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, ötən il metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,9% artaraq 231 mln. nəfər olub.
Geri dön