Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycanda bağlanan bank kreditlərin qaytarılmasını tələb edir

Azərbaycanda bağlanan bank kreditlərin qaytarılmasını tələb edir


25-07-2015, 11:18. Yazar: Xeberaz
Azərbaycanda bağlanan bank kreditlərin qaytarılmasını tələb edir
Bank məlumat yaydı.

Bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilmiş “Azərbaycan Kredit Bankı” kredit borclarının qaytarılması ilə bağlı müştərilərinə müraciət edib.

Hal-hazırda kreditlər üzrə ödənişlər bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 167A (əvvəlki Nizami 111) ünvanında yerləşən baş ofisində həyata keçirilir.

Bankın lisenziyasının ləğv edilməsi borcalanları kredit müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Bununla əlaqədar, kredit müqaviləsinin şərtlərinə uyğun qaydada ödənişlərin gecikdirilmədən həyata keçirilməsi zəruridir”-deyə, bank qeyd edib.

Bank bildirib ki, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, lizenziyası ləğv edilməmişdən qabaq AMB adıçəkilən banka müvəqqəti inzibatçının təyin edilməsi barəsində qərar qəbul etmişdi.
Geri dön