Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Maraqlı > Loboda Rusiyanın məşhur festivalında qalmaqal yaratdı

Loboda Rusiyanın məşhur festivalında qalmaqal yaratdı


13-07-2019, 11:58. Yazar: Xeberaz
Loboda Rusiyanın məşhur festivalında qalmaqal yaratdı


Ukraynanın Əməkdar artisti Svetlana Loboda Sankt-Peterburq şəhərində keçirilən “Bəyaz gecələr” (“Белые ночи”) festivalında qrim otağına görə qalmaqal yaradıb.
“Xəbəraz.Az" -ın verdiyi xəbərə görə, 36 yaşlı sənətçi ona xüsusi olaraq VIP-otaq ayrılmadığına görə səs-küy salıb.
Qeyd olunur ki, müğənnilər qrim otağı az olduğuna görə 2-3 nəfər olaraq bir otaqda vaxt keçirməli olublar. 
Lobodanın özü informasiya ilə bağlı hələ ki, şərh verməyib.
Bu məqamda bildirək ki, “Bəyaz gecələr” Rusiya və Şərqi Avropada ən geniş yayılmış pop-musiqi festivallarından biridir. İlk dəfə 1992-ci ildə keçirilib.


Geri dön