Ana Sayfa > Karusel / Dünya > BVF Ukraynaya 17,5 milyard dollar ayırdı

BVF Ukraynaya 17,5 milyard dollar ayırdı


11-03-2015, 23:49. Yazar: Xeberaz
BVF Ukraynaya 17,5 milyard dollar ayırdı
“Bu saziş genişmiqyaslı siyasi islahatların həyata keçirilməsinə kömək edəcək”.

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 17,5 milyard dollar ayrılmasına dair qərar qəbul edib.

Xeberaz.az APA-ya istinadən verdiyi məlumata görə, bunu BVF-un başçısı Kristin Laqard bəyan edib.

“Dördillik saziş Ukraynada iqtisadi stabillik və genişmiqyaslı siyasi islahatların həyata keçirilməsinə kömək edəcək. Saziş orta perspektivdə iqtisadiyyatın davamlı artımı və Ukrayna vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsini nəzərdə tutur”, deyə K.Laqard bildirib.

Qeyd edək ki, müvafiq qərar Beynəlxalq Valyuta Fondunun direktorlar Şurası tərəfindən martın 11-də verilib.
Geri dön