Ana Sayfa > Karusel / Gündəm / M2 / Müsahibə > Azərbaycanda fahişəliyin qanuniləşdirilməsinə çağırıram

Azərbaycanda fahişəliyin qanuniləşdirilməsinə çağırıram


7-07-2019, 17:47. Yazar: Xeberaz
FAHİŞƏLİK Sivil cəmiyyətdə Fahişəliklə mübarizə yolu yalnız onun leqallaşdırılmasıdır!


Başqa yollar qeyri sivil, demokratik və effektsizdir! 
Çünki Fahişəlik qədim peşədir - hər zaman olub, var və olacaq! 
Bunu aradan qaldırmaq, qadağan etmək qeyri mümkündür və məhz ona görə, mən, Azərbaycanda fahişəliyin qanuniləşdirilməsinə çağırıram. .


Əslində, mən bunu 2012-ci ildən bəri təklif edirəm və 2014-cü ildə rəsmi olaraq feysbukda, daha sonra ? media.az/read/1067704718 saytında müsahibəmdə qeyd etmişəm. .


FAHİŞƏLİYİN RƏSMİLƏŞMƏSİ dərhal bu sahədə kompleks problemləri həll edəcəkdir. .
▪️Birincisi, fahişələrin öz müştəriləri və ya pimpləri (sutinyor) tərəfindən üzləşdiyi şiddətə, zorakılıq və işgəncəyə son qoyacaqdır. .
▪️İkincisi, fahişələr mütamadi olaraq müxtəlif icbari tibbi yoxlamalardan, proseduralardan və HİV/QİÇS testlərindən keçməli olacaqlar. .


Bu gün Azərbaycanda QİÇS-ə yoluxanların sayı 6000 keçir! ?
Bir daha vurğulayıram, bu vəziyyətdən çıxış yolu fahişəliyin qanuniləşdirilməsidir! .
.
▪️Üçüncüsü, şəhərin müvafiq küçələrində, xüsusi ayrılmış məkanlarında fahişəxanalar rəsmi qaydada fəaliyyət göstərməlidir, necəki  Amsterdamdakı "Qırmızı Fənərlər" küçəsi, Londondakı "Soxo" rayonu və sair. Fahişələrin xidmətlərindən istifadə edən ərəblər və digər əcnəbi turistlər oralar getsin! .


Uşaqlar, yeniyetmələr, ailəvi insanlar və şəhərimizin qonaqları Tarqovudakı biyabırçı və zorakı səhnələrin şahidi olmamalıdırlar! .
▪️Sonda onu da qeyd edim ki, bu xidmətlərdən əldə olunan gəlir isə ayrı fərdlərin cibinə deyil, dövlət büdcəsinə daxil olacaq. .
.
©️ @saleh.nasirov


Geri dön