Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Bakıda oğurluq edən ər-arvad həbs olundu

Bakıda oğurluq edən ər-arvad həbs olundu


6-07-2019, 13:39. Yazar: Xeberaz
Bakıda oğurluq edən ər-arvad həbs olundu
İyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilib.
"Xəbəraz.Az"  DİN-ə istinadən xəbər verir ki, evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıblar.
Araşdırma aparılır.
Geri dön