Ana Sayfa > Karusel / Gündəm / İdman / M2 > “Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI

“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI


5-07-2019, 18:25. Yazar: Xeberaz
“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb –SİYAHI
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi “Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.
sifariş vərəqində 22 futbolçunun adı var.
“Qarabağ”ın “Partizani” ilə oyunlar üçün heyəti aşağıdakı kimidir:
Qapıçılar: Şahruddin Məmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev.
Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Hüseyn Abbasov, Bədavi Hüseynov, Donald Gerrye.
Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abullah Zubir, İsmayıl İbrahimli, Flip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı.
Hücümçu: Mahir Emreli.
Qeyd edək ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab oyunu isə iyulun 17-si Bakıda olacaq.







Geri dön